Kağız idxalının ƏDV-dən azad edilməsi çap mediasının səmərəli fəaliyyətinə əhəmiyyətli təsir göstərəcək – Səidə Şəfiyeva

Azərbaycan Respublikasının Baş nazirinin imzaladığı müvafiq
qərarla ölkəmizdə kütləvi informasiya məhsullarının, kitabların və
dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və
nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən
(ƏDV) azad edilib.

AzerTimes xəbər verir ki, məsələ
ilə bağlı Medianın İnkişafı Agentliyinin mətbuat katibi Səidə
Şəfiyeva bildirib ki, son vaxtlar dünyada qiymət artımının həm də
kağız məmulatlarına təsir etməsi daxili bazarda da müşhaidə
olunurdu. Qiymətlərin yüksəlməsinin istifadəçilərə və media
subyektləri üzərində xərclərin minimallaşdırmasına dəstək məqsədilə
dövlət bu tip məhsulların idxalından 18 faiz əlavə dəyər vergisini
azad edib. Bu qərar daxili bazarda həmin məhsulların qiymətlərinin
əlavə dəyər vergisi qədər ucuzlaşmasını, qiymətlərin aşağı olmasını
stimullaşdıracaq və çap mediası məhsullarının maya dəyərini və
istehsal xərclərini əsaslı şəkildə azaltmaqla inkişafına təkan
verəcəkdir.

S.Şəfiyeva onu da vurğulayıb ki, Medianın İnkişafı Agentliyində
məsələ ilə bağlı ölkənin çap mediası subyektlərinin rəhbərləri və
yayım şirkətləri ilə görüş və müzakirələrdə səsləndirilən fikirlər
bu yanaşmanı dəstəkləyir.

Medianın İnkişafı Agentliyinin nümayəndəsi onu da əlavə edib ki,
qərar çap mediası subyektlərinin və yayım şirkətlərinin səmərəli
fəaliyyətinə və iqtisadi dayanıqlılığının artmasına əhəmiyyətli
dərəcədə təsir göstərəcəkdir.

Teqlər: