Çeçenistan rəhbəri Ramzan Kadırov öz ordusunu saxlamaq istəyir ki, Rusiya Prezidenti Vladimir Putinin hakimiyyəti başa çatdıqdan sonra regionun müstəqilliyi uğrunda mübarizə aparsın.
AzerTimes xəbər verir ki, belə bir iddia ilə rusiyalı politoloq Andrey Piontkovski deyib.
“Kadırovun fəaliyyəti, dramatik və mübahisəli açıqlamaları onun artıq postputin və postrusiya paradiqmasında işlədiyini göstərir. Unutmayaq, Rusiya iki dövlətin konfederasiyasıdır – İçkeriya və Rusiya. Bu konfederasiya isə Putinlə Kadırovun şəxsi birliyinə əsaslanır”, – Piontkovski deyib.