Çeçenistan rəhbəri Ramzan Kadırov öz klanı üçün Moskvanın zəmanətini almağa çalışır.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları yazıb.
“Varis kimi 16 yaşlı Adam Kadırovun namizədliyi razılaşdırılıb və ona əvvəlcə Adam Delimxanov kömək edəcək. Eyni zamanda, mənbələrin məlumatına görə, Ramzan Kadırov oyunu tərk etdikdən sonra Çeçenistanın imtiyazlı statusundan məhrum edilməsi məsələsi de-fakto həll olunub. Kadırovun ətrafını acınacaqlı aqibət gözləyir. Görünür, Çeçenistan rəhbəri başa düşür ki, hakimiyyətin təhvil verilməsi ilə bağlı əldə edilmiş bütün razılaşmalar və təhlükəsizlik zəmanətləri onun özü bacardığı müddətcə etibarlıdır. Ramzan Kadırov Səudiyyə Ərəbistanı və BƏƏ-ni öz ailəsi üçün alternativ aerodrom hesab edir. Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbsi ilə bağlı vəziyyət göstərdi ki, toxunulmaz kimsə yoxdur, hətta Şoyquya da hücum ola bilər. Bunları görən Çeçenistan rəhbəri xüsusilə fəallaşıb”, – məlumatda qeyd olunub.