Kadırovun köməkçisinə sui-qəsd təşkil edildi

Kadırovun köməkçisinə sui-qəsd təşkil edildi

“Əhməd” xüsusi təyinatlılarının komandiri Apti Alaudinova qarşı sui-qəsd təşkil olunub.

AzerTimes xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

“Apti Alaudinov fevralın 8-də ona göndərilən məktubu açarkən kəskin qoxu hiss edib və vaxtında tədbir görərək əllərini və burnunu yuyub. Hazırda onun vəziyyəti stabildir. Həkimlər zəhərli maddəni müəyyən etmək üçün analizlər aparıblar”, – Kadırov bildirib.

Onun sözlərinə görə, sui-qəsdlə bağlı araşdırma aparılır:

“Bu işdə əli olan şəxslər müəyyən edilir. Artıq nəticələr var”.

Apti Alaudinov və köməkçiləri hazırda Moskvadakı xəstəxanaların birinə yerləşdiriliblər.

Qeyd edək ki, Apti Alaudinov həm də Çeçenistan rəhbəri Ramzan Kadırovun yaxın adamı və köməkçisidir.

Teqlər: