Rusiyanın Kursk vilayətində onlarla kadırovçu Ukrayna hərbçilərinə əsir düşüb.
AzerTimes xəbər verir ki, bununla bağlı sosial şəbəkələrin Ukrayna seqmentində görüntülər paylaşılıb.
Məlumatda sürətli hücumdan dolayı kadırovçuların hətta müqavimət belə göstərmədiyi bildirilib.
Qeyd edək ki, bundan öncə Çeçenistan rəhbəri Ramzan Kadırov döyüşçülərinin Kursda NATO texnikalarını ələ keçirdiyini iddia edib.