Kadırovun adamları qıza sataşdı, sevgilisini döydü

Kadırovun adamları qıza sataşdı, sevgilisini döydü

Ukraynanın işğal altında olan Simferopol vilayətində Ramzan Kadırovun adamları yerli qıza sataşıb, üstəlik, onunla gələn gənc sevgilisini vəhşicəsinə döyüblər.

AzerTimes xəbər verir ki, Çeçenistanda Kadırova bağlı “Axmat” xüsusi təyinatlı dəstəsinin 4 leytenantı və 1 komandir müavini Simferopola qara rəngli “Land Cruiser” almaq üçün gəlibmiş.

Dünən axşam onlar yerli “Monro” restoranında dincəlmək qərarına gəliblər. İstirahət zamanı polislərdən biri tanımadığı gənc qıza kobud şəkildə sataşıb. Qızın sevgilisi onu restoranın kənarına haqq-hesaba çağırıb. Hadisə şahidlərinin sözlərinə görə, çeçenlər həmin oğlanı küçəyə sürükləyib və orada döyməyə başlayıblar. Üstəlik, restoranın təhlükəsizlik əməkdaşları onlara mane olmayıb.

Çeçen polisləri yalnız yerli polis məmurları sakitləşdirə biliblər. Hətta bu zaman çeçenlərdən biri polisi təpikləyib. Rəsmi məlumata əsasən, Simferopolun Kiyevski rayonu üzrə istintaq şöbəsinə 5 nəfər gətirilib. Bunlar Həsən İbrahimov, həmçinin polis əməkdaşları Artur Abdulayev, Sulambek Taduşayev, Maqomed Tovsultanov və Şamil Əzizovdur.

Çeçenistan rəhbərliyi Ramzan Kadırovun nümayəndəsinin saxlanmasını təkzib edib və hadisəni məişət zəminində baş vermiş insident adlandırıb. Bu barədə Çeçenistanın xarici əlaqələr naziri Əhməd Dudayev məlumat verib.

Teqlər: