Çeçenistan rəhbəri Ramzan Kadırovun 15 yaşlı oğlu Adəm Kadırov Çeçenistan Qəhrəmanı adına layiq görülüb.
AzerTimes xəbər verir ki, bu barədə çeçenistanlı deputat Adəm Delimxanov məlumat verib.
Delimxanov bildirib ki, o, gənc yaşlarından liderlik və təşkilatçılıq keyfiyyətlərini nümayiş etdirib, həmişə öz inkişafı üçün çalışıb”, – deputat bildirib.
Qeyd edək ki, Qroznıda istintaq təcridxanasında olarkən Adəm “Qurani-Kərim”i yandıran Nikita Juraveli döyüb.