Kadırovu tənqid edən şəxs İsveçdə öldürüldü

Kadırovu tənqid edən şəxs İsveçdə öldürüldü

Müxalif çeçen bloger Tumso Əbdürrəhmanov İsveçdə öldürülüb.

AzerTimes xəbər verir ki, 1ADAT Teleqram kanalı İsveçdəki mənbələrinə istinadla məlumat yayıb.

“Onun öldürülməsilə bağlı dəqiq məlumata sahibik, qardaşı Məhəmməd isə xüsusi xidmət orqanları tərəfindən gizlədilib. Tumso gecə saatlarında bir neçə şəxs tərəfindən güllələnib. Hazırda qətlin detalları araşdırılır”, – məlumatda qeyd olunub.

“Azadlıq Radiosu”nun məlumatına görə, Əbdürrəhmanov 1-2 dekabr tarixlərində güllələnib.

Qeyd edək ki, Tumso Əbdürrəhmanov Çeçenistan rəhbəri Ramzan Kadırovun ən sərt tənqidçilərindən biri kimi tanınırdı.

Teqlər: