Kadırovdan Dağıstandakı olaylara reaksiya…

Kadırovdan Dağıstandakı olaylara reaksiya…

Rusiyanın düşmənlərinin izi ilə getmək, vəziyyəti içəridən sarsıtmaq, mitinqlər keçirmək və hava limanlarını dağıtmaq olmaz.

AzerTimes xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında Dağıstanda baş verən iğtişaşlarla bağlı yazıb.

“Fələstin xalqının faciəsi ilə bağlı son hadisələri nəzərə alaraq vurğuladım ki, İsrail rejimi dinc əhaliyə qarşı kütləvi terror təşkil edərək dünyaya əsl simasını göstərdi. Lakin Rusiyanın düşmənlərinin izi ilə gedərək vəziyyəti içəridən sarsıtmaq, mitinqlər keçirmək, aeroportlara hücum çəkərək yəhudiləri axtarıb və zorakılığa çağırış etmək olmaz. Biz bütün bunlardan üstün olmalı, torpağımızda asayişi qorumalıyıq. Bu cür hərəkətlər istənilən halda yolverilməzdir və çox sərt şəkildə qarşısı alınacaq”, – Kadırov yazıb.

Qeyd edək ki, ötən gün Mahaçqala hava limanına yerli sakinlərdən ibarət böyük izdiham hücum edərək, yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb edib. Qarşıdurmalarda polislər xəsarət alıb, həbs olunanlar var. Mahaçqala hava limanı fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Artıq hadisələrlə bağlı 83 nəfər saxlanılıb.

Teqlər: