Kadırovdan ABŞ-a təklif: Sanksiyaları götürün, əvəzində…

Kadırovdan ABŞ-a təklif: Sanksiyaları götürün, əvəzində…

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-a ukraynalı məhbusların əvəzində onun qohumlarına qarşı sanksiyaları ləğv etməyi təklif edib.

AzerTimes xəbər verir ki, bu barədə Kadırov Qroznıda güc strukturlarının nümayəndələri ilə görüşdə deyib.

Kadırov əsirlərin siyahısını Qroznıya gələn keçmiş amerikalı kəşfiyyatçı Skott Ritterə verib.

“Qonağımıza maraqlı təklif var. Donetskdən, Luqanskdan götürdüyümüz əsirlərimiz var. Mən istisna olmaqla, anamdan, qızlarımdan və günahsız insanlardan, atlardan sanksiyaları götürsələr, o zaman bu adamları təhvil verərik. Mənə qarşı bir az da sanksiyalar əlavə edə bilərlər. Əgər bu şərtləri yerinə yetirsəniz, o zaman 20 ukraynalı əsgər öz evlərinə qayıdacaq”, – Kadırov bildirib.

Teqlər: