Ukrayna ordusu Luqansk vilayətinin Kadiyevka şəhərində kadırovçuların olduğu hospitalı vurub.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
“Dünən yüksək dəqiqlik raketlərlə köhnə maşınqayırma zavonunu binası vurulub. Bir müddət öncə işğalçılar binadan özləri üçün hospital kimi istifadə etməyə başlamışdılar. Müalicə alanların əksəriyyəti kadırovçular idi. Daha müalicə almayacaqlar”, – məlumatda qeyd olunub.
İtkilərlə bağlı məlumat verilməyib.