Kadırovçular sərhədi qoyub qaçıblar? – Alaudinov

Kadırovçular sərhədi qoyub qaçıblar? – Alaudinov

“Əhməd” qrupunun bölmələri hələ də Rusiya-Ukrayna sərhədindədir.

AzerTimes xəbər verir ki, bu sözləri “Əhməd” xüsusi təyinatlılarının komandiri Apti Alaudinov bildirib.

O, videomüraciət yayaraq, Kadırovun batalyonlarının Ukraynanın sərhədə hücumu başlayandan dərhal sonra mövqelərini tərk etməsi ilə bağlı ittihamları rədd edib.

Alaudinovun sözlərinə görə, sərhəd müdafiəsinin yarılması onların mövqelərindən uzaqda baş verib və yalnız bundan sonra düşmən birbaşa texnika ilə girərək, keçid məntəqələrini darmadağın edib.

O etiraf edib ki, Rusiya artıq bir neçə yaşayış məntəqəsinə nəzarət etmir. Eyni zamanda, o, kritik və ya faciəli heç nə baş vermədiyini vurğulayıb:

“Düşmən mümkün qədər irəliləməyə çalışır, o, Belarus sərhədindən çıxartdığı bütün qüvvə və texnikanı bura toplayır”.

Bundan əvvəl Rusiyanın “VÇK-OQPU” layihəsi məlumat vermişdi ki, sərhədi çağırışçılar və “Əhməd” döyüşçüləri qoruyur. Onların sözlərinə görə, sonuncular ilk zərbələrdən sonra qaçaraq qoşunların Rusiya ərazisinə daxil olmasına şərait yaradıblar. Təkcə bir ərazidə ən azı 15 kadırovçu yaralanıb.

Alaudinov isə bildirib ki, “Əhməd” Rusiya Federasiyasının sərhədinin “400 km-lik hissəsində yerləşə bilməz”.

Teqlər: