Rusiya Silahlı Qüvvələri Kursk vilayəti ilə sərhəddə yerləşən Rıjevka kəndini ələ keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında yazıb.
“Əziz qardaşımız Aslambek Saliyevin komandanlığı altında Rusiya Müdafiə Nazirliyinin “Əhməd-Çeçenistan” alayının döyüşçüləri digər rus bölmələrinin hərbi qulluqçuları ilə birlikdə taktiki əməliyyatlar keçirərək daha bir yaşayış məntəqəsini düşməndən azad ediblər”, – deyə o bildirib.