Kadırova qarşı sui-qəsd cəhdi… – Kremldən reaksiya

Kadırova qarşı sui-qəsd cəhdi… – Kremldən reaksiya

Kreml Çeçenistan rəhbəri Ramzan Kadırova sui-qəsd cəhdini şərh etmir.

AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu vəziyyəti şərh etmirik. Hər hansı bir təhlükə yaranarsa, istənilən vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edir, onlar qanunvericiliyə uyğun olaraq lazımi tədbirlər görürlər”, – Peskov bildirib.

Qeyd edək ki, Ramzan Kadırov “Wildberries” şirkəti ilə bağlı vəziyyət kontekstində Dağıstandan olan senator Süleyman Kərimovun və Dövlət Dumasının deputatları Bexan Baraxoyev və Rizvan Qurbanovun onun qətlini sifariş verməyə cəhd etdiklərini iddia etmişdi.

Teqlər: