Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov məzuniyyətə çıxıb, onun səlahiyyətlərini vilayət hökumətinin sədri Müslüm Xuçiyev icra edir.
AzerTimes xəbər verir ki, bununla bağlı sərəncam kadırovun saytında dərc edilib.
Sənəddə deyilir: “Mən 2023-cü il iyulun 3-dən illik ödənişli məzuniyyətə gedirəm. Məzuniyyətim müddətində Çeçenistan Respublikasının rəhbəri vəzifəsini Çeçenistan Respublikası Hökumətinin sədri Xuçiyev Müslüm Maqomedoviçə həvalə edirəm”.
Qeyd edək ki, məzuniyyətə 3 iyuldan çıxan Kadırovun sərəncamının 8 iyulda yayılması, eyni zamanda, məzuniyyət müddətinin göstərilməməsi diqqət çəkib. Daha bir qəribə nüans isə müharibə ilə bağlıdır. Ukraynada müharibə getdiyi bir məqamda Kadırovun məzuniyyətə çıxması qəribədir.