Kadırov Türkiyədəki xilasetmə əməliyyatından danışdı

Kadırov Türkiyədəki xilasetmə əməliyyatından danışdı

Rusiya, Belarus və Qırğızıstan xilasedicilərinin birgə səyləri ilə Türkiyədə 4 metr dərinlikdə dağıntılar altından bir kişi xilas edilib.

AzerTimes xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

“Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri 4 metrdən çox dərinlikdə 1 nəfəri sağ-salamat tapıb və xilas edib. Rusiyalı mütəxəssislər dağıntıların episentrində zəlzələnin nəticələrinin aradan qaldırılmasına cəlb olunub. Fövqəladə Hallar Nazirliyi rəhbərinin müşaviri Daniil Martınov bildirib ki, kişi birgə səylər sayəsində dəmir-beton dağıntılarının “əsirliyindən” xilas edilib. Rusiya, Belarus və Qırğızıstan xilasedicilərinin səyləri nəticəsində zərərçəkən təbii fəlakətdən 160 saatdan çox dağıntılardan çıxarılıb”, – deyə bildirilib.

Teqlər: