Onlar qorxaqlar kimi xəstə qoca keşişi öldürdülər.
AzerTimes xəbər verir ki, bunu Çeçenistanın rəhbəri Ramzan Kadırov Dağıstanda baş verən terror aktından danışarkən deyib.
“Baş verənlər iyrənc təxribat kimi görünür. Bu cinayətləri törədən terrorçuların nə imanı, nə milləti, nə də adi kişiliyi var. Terrorçular yerindəcə məhv edilməlidir”, – Kadırov bildirib.