Bloger Kseniya Sobçak Çeçenistan rəhbəri Ramzan Kadırovla danışıb.
AzerTimes xəbər verir ki, bloger bu barədə Teleqram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, Kadırov ona görüntülü zəng edib və söhbətləri 40 dəqiqə çəkib.
Kadırov Sobçaka oğlunun Quranı yandıran Nikita Juraveli istintaq təcridxanasında döyməsindən danışıb və bildirib ki, Adam Kadırov özünü əsl kişi kimi göstərib.
Qeyd edək ki, daha öncə Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətində ciddi problemlərinin olduğu, koma vəziyyətinə düşdüyü, hətta ölməsi barədə xəbərlər yayılmışdı.