Kadırov qardaşı oğlunu nazir təyin etdi

Kadırov qardaşı oğlunu nazir təyin etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov qardaşı oğlu Həmzət Kadırovu respublikanın əmlak və torpaq münasibətləri naziri vəzifəsinə təyin edib.

AzerTimes xəbər verir ki, bu barədə R.Kadırov özü məlumat yayıb.

Kadırov 26 yaşlı qardaşı oğlununun təyinatını Çeçenistan Nazirlər Kabinetinin iclasında təqdim edib:

“Həmzət istedadlı və icraçı rəhbərdir. O, bunu dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında əvvəlki vəzifələrdə yüksək nəticələr əldə etməklə sübut etdi”.

Teqlər: