Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Kadırov Teleqram kanalında yazıb.
O bildirib ki, Nikolay Platonoviç böyük təcrübəyə malikdir, ona görə də onunla görüş xüsusilə dəyərlidir.
“Bu dəfə də görüşümüz onun əvəzolunmaz siyasi məsləhətləri və göstərişləri ilə bəzəndi”, – Kadırov bildirib.
Qeyd edək ki, bundan öncə Kadırov “Vaqner” muzdlu hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojinlə görüşmüşdü. Kadırov Priqojinlə “beynəlxalq xarakterli çox vacib məsələləri müzakirə etdiyini” bildirmişdi.