Kadırov-Priqojin savaşı başlayır…

Kadırov-Priqojin savaşı başlayır…

Rusiyanı vətəndaş müharibəsi bürüyəcək.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq və publisist Andrey Piontkovski deyib.

“Rusiya dinc yolla etnik zəmində ayrı-ayrı respublikalara parçalanmayacaq, əksinə, öz aralarında döyüşəcək silahlı klanlar formalaşacaq. Rusiyada müharibədən sonrakı vəziyyət 1917-18-ci illərin vəziyyəti olacaq. Vətəndaş müharibəsi yadınızdadırmı? Mahno, Mamontovlar, Mironovlar, Budyonnılar dəstələri var idi. Kadırov və Priqojin Rusiya siyasətinə yeni çalar qoydular. Oliqarxlarla bəzi maliyyə əlaqələri həlledici olacaq. Siyasətçinin gücü ona tabe olan silahlı insanların sayı ilə müəyyən edilir. Bu, tamamilə yeni Rusiyanın mənzərəsidir. Priqojinin və Kadırovun gücü ondadır ki, yalnız onlara tabe olan 30.000 silahlı əsgər var”, – deyə ekspert bildirib.

Teqlər: