Çeçenistan rəhbərinin oğlu Əhməd Kadırov bədən tərbiyəsi və idman naziri vəzifəsinə təyin edilib.
AzerTimes xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında məlumat yayıb.
“Əhməd Kadırov Çeçenistan Respublikasının bədən tərbiyəsi və idman naziri vəzifəsinə təyin edilib. Əvvəllər bu vəzifəni icra edən İsa İbrahimov Çeçenistan Respublikasının hökumətinin başçısı və administrasiyası rəhbərinin müavini vəzifəsinə keçirilib”, – deyə o bildirib.
Qeyd edək ki, Çeçenistan hökumətinin rəhbəri Müslüm Xuçiyev başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən istefa verib.