Kadırov növbəti müddətə namizədliyini irəli sürməyə razılaşıb

Çeçenistan Respublikasının hazırkı prezidenti Ramzan Kadırov növbəti müddətə namizədliyini irəli sürməyə razılaşıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə R.Kadırov özünün “Vkontakte” sosial şəbəkəsindəki hesabında yazıb.

R.Kadırov bildirib: “Bilirsiniz ki, seçkilərdə iştirak məsələsi son ana qədər mənim üçün açıq qalırdı. Özüm üçün qəti bir qərar vermişdim ki, əhalimizin bir neçə hissəsi belə mənim namizədliyimə qarşı çıxsa namizədliyimi irəli sürməyəcəyəm. Mənim üçün həlledici milli liderimiz Vladimir Putinin, Çeçenistan Respublikası Xalqları Ümumdünya Qurultayının nümayəndələrinin və “Vahid Rusiya”dan olan həmkarlarımın müraciəti oldu. Prezidentimizin və cəmiyyətimizin iradəsini dinlədim və seçkilərdə iştirak etməyə razı oldum”.


Çeçenistan Respublikasının prezidenti qeyd edib ki, o, seçkiqabağı vədlərə və təşviqat üçün vaxt itirməyəcək, xalqın rifahını artırmaq üçün konkret tədbirlər görəcək.