Kadırov Kərimov və Qurbanova qan davası elan etdi

Kadırov Kərimov və Qurbanova qan davası elan etdi

Çeçenistan lideri Ramzan Kadırov Dağıstandan olan senator və milyarder Süleyman Kərimov, həmçinin Dövlət Dumasının iki deputatı – Bexan Baraxoyev və Rizvan Qurbanovu qan davası ilə hədələyib.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, Kadırov bu barədə respublikanın təhlükəsizlik blokunun nümayəndələri ilə keçirilən görüşdə bildirib.

“Buna səbəb sentyabrın 18-də Moskvada “Wildberries” ofisi yaxınlığında baş verən hadisələr olub. Bir qrup şəxsə sifariş veriblər ki, mənə sui-qəsd hazırlasınlar. Bununla bağlı şahidlər də var. Əgər əksini sübut etməsələr, Baraxoyev, Süleyman Kərimov, Rizvan Qurbanova rəsmən qan davası elan edirəm”, – o məlumat verib.

Qeyd edək ki, Süleyman Kərimov Rusiyanın ən varlı iş adamlarından biridir. 2019-cu ildə onun sərvəti 6,3 milyard dollar olub.

Bekhan Baraxoev – sahibkar, Dövlət Dumasının İnquşetiyadan olan deputatıdır.

Rizvan Qurbanov – Dağıstan əsilli siyasətçi, Dövlət Dumasının Başqırdıstandan olan deputatıdır.

Teqlər: