Kadırov dəstəklədi: Qızı baş nazirin müavini olur

Kadırov dəstəklədi: Qızı baş nazirin müavini olur

Çeçenistanın rəhbəri Ramzan Kadırov qızı Ayşət Kadırovanın respublikanın Baş nazirinin müavini vəzifəsinə təyin edilməsi qərarını dəstəkləyib.

AzerTimes xəbər verir ki, keçirilən iclasda Baş nazir Müslüm Xuçiyev Ayşət Kadırovanın Çeçenistan hökuməti sədrinin sosial məsələlər üzrə müavini vəzifəsinə təyin edilməsini təklif edib.

“Müslüm Xuçiyevin təkliflərini dəstəklədim. Sözsüz, Ayşət Kadırova regional Mədəniyyət Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsinə böyük töhfə verib və mühüm iş təcrübəsi toplayıb”, – Kadırov bildirib.

Qeyd edək ki, daha öncə Ayşət Kadırova 22 yaşında respublikanın mədəniyyət naziri vəzifəsinə təyin olunmuşdu.

Teqlər: