Kadırov Çin dilində çağırış etdi: İmkan verməyin!

Kadırov Çin dilində çağırış etdi: İmkan verməyin!

ABŞ və Avropanın keçmişdə dünyada təşkil etdiyi müharibələr, hərbi çevrilişlər və işğallar nəticəsində milyonlarla mülki insan həlak olub.

AzerTimes xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov özünün Teleqram kanalında yazıb.

“Onlar bizi asan manipulyasiya olunan heyvanlara çevirmək istəyirlər. NATO-nun sizə şərtlər diktə etməsinə imkan verməyin, əks halda vətəninizi bir göz qırpımında tapdalayacaqlar”, – Kadırov bildirib.

O, bütün İslam dünyasını və sağlam düşüncəli insanları ümumi düşmənə qarşı birləşməyə çağırıb.

Qeyd edək ki, Kadırov sözügedən çağırışını Çin dilində edib.

Teqlər: