Kadırov çağırış etdi: Mağazalardakı “borc dəftərləri”ni siz bağlayın!

Kadırov çağırış etdi: Mağazalardakı “borc dəftərləri”ni siz bağlayın!

Çeçenistan rəhbəri Ramzan Kadırov rəsmiləri müsəlmanların müqəddəs Ramazan ayı şərəfinə ərzaq mağazalarında yoxsulların borclarını ödəməyə çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə o, Qroznıda keçirilən iclasda müvafiq müraciətlə çıxış edib.

“Mən Xədicətdən (Çeçenistan rəhbərinin qızı, regionun başçısı və hökumət administrasiyası rəhbərinin müavini) mesaj aldım ki, bir çox insan maliyyə imkanlarının olmaması səbəbindən borcla mal almağa məcburdurlar, o borcları bağlamaqda köməklik etmək yaxşı olardı. Yaxşı olar ki, hamı öz yaşadığı sahəni öz üzərinə götürüb, borcları ödəsin”, – o deyib.

Kadırov bildirib ki, yaşadığı ərazidəki bütün borcları özü ödəyəcək.

Qeyd edilir ki, söhbət mağazalardakı “borc dəftərləri”ndən gedir. Respublikada geniş yayılmış təcrübəyə görə, ehtiyacı olan insanlar ərzağı maaşlarına və ya pensiyalarına qədər borcla götürürlər, satıcı bunu xüsusi dəftərə (borc dəftəri) yazır.

Teqlər: