Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyanın dondurulmuş aktivlərinə cavab olaraq Estoniyaya raket hücumu etməyə çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə kadırov Teleqram kanalında yazıb.
O bildirib ki, Estoniya postsovet məkanında həmişə antirusiya siyasəti ilə seçilib:
“Ona görəd də o indi də heç kimi təəccübləndirmədi. Amma qonşumuzun ölkənizə maksimum zərər vurmaq arzusunu sakitcə izləməyə də haqqımız yoxdur. Hesab edirəm ki, bu cür çağırışlara mərasimsiz – qəti və sərt şəkildə cavab verilməlidir. Rusiyanın xaricdəki aktivləri bütün rusların sərvətidir! Ona görə də hesab edirəm ki, ölkəmizə açıq-aşkar soyğunçuluq üçün belə qərarların verildiyi yerlər yüksəkdəqiqlikli raketlər üçün bir nömrəli hədəfə çevrilməlidir!”