Kadırov BƏƏ prezidenti ilə görüşdü

Kadırov BƏƏ prezidenti ilə görüşdü

Çeçenistan rəhbəri Ramzan Kadırov Əbu-Dabidə BƏƏ Prezidenti Məhəmməd bin Zayed ən-Nəhyanla görüşüb.

AzerTimes xəbər verir ki, Kadırov bu barədə özünün Teleqram kanalında məlumat yayıb.

“Əbu-Dabidə əziz böyük qardaşım BƏƏ prezidenti ilə görüşdüm. Möhtərəm şeyxin bu yaxınlarda Moskvaya rəsmi səfərindən, Prezident Vladimir Putinlə görüşündən danışdıq. Biz iki ölkə arasında inkişaf edən əlaqələr, əldə olunan uğurlar, ticarət dövriyyəsi və bir çox digər məsələlər barədə məzmunlu söhbət etdik”, – Kadırov bildirib.

Onun sözlərinə görə, BƏƏ rəhbəri Çeçenistan Respublikasındakı vəziyyət, regionun uğurları və nailiyyətləri ilə maraqlanıb:

“Mən ona regionumuzdakı son xəbərlərdən, şəhərlərdə gedən yeni tikinti proseslərindən, yaxın gələcək üçün planlardan danışdım”.

Teqlər: