Bu gün xarici nəşrlərdə Rusiyadan incimiş, natamam politoloqların tez bir zamanda öləcəyim haqda səsləndirdiyi fikirləri məni əyləndirdi.
AzerTimes xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram hesabında yazıb.
“Bir daha təkrarlamaqdan yorulmuram və qürurla deyə bilərəm ki, mən Rusiyanın Ali Baş Komandanının piyadasıyam və özümə aid deyiləm. Mən dinə, vətənə, onun mənafeyinə mənsubam. Həmçinin,Vladimir Vladimiroviçin istənilən əmrini yerinə yetirməyə hazıram, hətta nəticə ölüm olsa belə….
Bəli, prezidentimizə hörmət məsələsində məndən də sədaqətli biri olsa, ölə bilərəm. Yeri gəlmişkən, ona iki can borcum var”, – Kadırov qeyd edib.