Kadırov 15 ildir narkotik istifadə edir – Zakayev

Kadırov 15 ildir narkotik istifadə edir – Zakayev

Ramzan Kadırov 15 ildir narkotikdən istifadə edir.

AzerTimes xəbər verir ki, bunu İçkeriyanın mühacirətdəki hökumətinin rəhbəri Əhməd Zakayev deyib.

Zakayevin sözlərinə görə, Çeçenistan rhbəri uzun müddət sakitləşdiricilərdən, xüsusilə narkotiklərdən istifadə edib:

“Məhz buna görə, onun səhhətində ciddi ağırlaşmalar yaranmağa başlayıb”.

Zakayevin sözlərinə görə, Kadırovun ölümü onu Rusiyanın bəzi cinayətlərini ata biləcəyi zibil qutusuna çevirməyə imkan verəcək:

“O, Çeçenistanda yaradılan zibil qutusudur. Rusiyanın Çeçenistanda törətdiyi bütün cinayətlər Kadırovun üstünə atılacaq”.

Teqlər: