“Qarabağ”ın Rusiyanın “Krasnodar” komandasına satdığı Kadi Borgesin transferindən daha bir klub faydalanacaq.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb.
Qeyd olunub ki, FİFA-nın həmrəylik mexanizminə əsasən, 12 yaşdan 23 yaşadək futbolçunun yetişdirilməsinə cavabdeh olan klub futbolçunun bir sonrakı transferindən ümumi məbləğin 5 faizinə qədərini almalıdır. Kadi isə “Koritiba” klubunun yetirməsi olduğu üçün sözügedən məbləğin 5 faizi bu komandaya çatacaq. Onun transfer keçidi üçün “Qarabağ”a 4 milyon 800 min avro ödəniləcək. Bu məbləğin 5 faizi – təqribən 240 min avro “Koritiba”ya çatacaq.