“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Olimpiakos”la Bakıdakı matçda (0:0) zədələnən futbolçusu Kadi Borgesin durumuna aydınlıq gəlib.
Klubun mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, 26 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib və onun ayaq əzələsində problem aşkarlanıb. Lakin braziliyalının zədəsinin çox ciddi olmadığı müəyyənləşib. Kadi 7-10 gün müddətində yaşıl meydanlardan kənarda qalacaq.
Braziliyalı oyunçu Premyer Liqanın 10-cu turunda “Sumqayıt”la sabahkı matçı buraxacaq. Amma Kadinin Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Nant”la səfər görüşündə iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, “Nant” – “Qarabağ” matçı oktyabrın 27-si Fransada olacaq.