Kadi “Qarabağ”dan rəsmən ayrıldı

Kadi “Qarabağ”dan rəsmən ayrıldı

Kadi Borges “Qarabağ”dan ayrılıb.

AzerTimes xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Bildirilib ki, Kadi Borgesin transferi ilə bağlı Rusiyanın “Krasnodar” klubu ilə aparılan danışıqlar yekunlaşıb.

Danışıqların yekununa əsasən, futbolçu tibbi müayinədən keçdikdən sonra “Krasnodar”la rəsmi müqavilə imzalayacaq.

Hələlik keçidin detalları ilə bağlı hansısa bir açıqlama verilməyib.

Qeyd edək ki, Kadi 2021-ci ilin yayından “Qarabağ”da oynayırdı.

Teqlər: