Kaçinskinin ölümünü araşdıran komissiya ilə bağlı qərar

Kaçinskinin ölümünü araşdıran komissiya ilə bağlı qərar

Polşanın yeni hökuməti keçmiş prezident Lex Kaçinskinin və göyərtəsində olan daha 95 nəfərin öldüyü Tu-154 təyyarəsinin Smolensk yaxınlığında qəzaya uğramasının səbəblərini araşdıran komissiyanı ləğv edib.

AzerTimes xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Sezar Tomçik məlumat verib.

O qeyd edib ki, faciənin araşdırılması üçün yüz milyonlarla vəsait xərclənib.

Polşa Müdafiə Nazirliyinin əmrinə əsasən, ləğv edilmiş komissiyanın üzvləri işlədikləri bütün sənədlər, əmlak və avadanlıqlar barədə dekabrın 18-dək hesabat verəcəklər. Eyni zamanda, komissiyanın özünün işini qiymətləndirəcək qrup yaradılacaq.

Qeyd edək ki, Tu-154M 2010-cu ildə Smolenskdə qəzaya düşüb. Qəza nəticəsində Polşa Prezidenti Lex Kaçinski də daxil olmaqla, təyyarədəki 96 nəfərin hamısı həlak olub.

Teqlər: