Səfirliklər önündə partlayış oldu

Səfirliklər önündə partlayış oldu

Əfqanıstanın paytaxtı Kabildə Almaniya səfirliyinin qarşısında partlayış qeydə alınıb.

Həmin ərazidə bomba yüklənmiş avtomobil partladılıb. Partlayış zamanı 80-dən çox adam ölüb, 350-dən çox vətəndaş yaralanıb.

Partlayış o qədər güclü olub ki, hadisə zamanı ətrafdakı 30-dan çox avtomobil darmadağın olub. Ərazidəki restoran və dükanlara da ziyan dəyib. Həlak olanların əksəriyyəti yerli vətəndaşdır.
Ölən və yaralılar arasında Almaniya səfirliyinin işçiləri yoxdur.
Qeyd edək ki, ərazidə İngiltərə, Almaniya, İran, Hindistan və Fransa səfirlikləri də yerləşir. Hadisə zamanı Fransa səfirliyinin binasına da ziyan dəyib.

Hindistan və Fransa səfirliklərindən bildirilib ki, səfirlik işçilərindən hamısı salamatdır.

Terrorla bağlı ilkin şübhəli Taliban terror təşkilatıdır. Təşkilat yayda hücuma keçəcəyini və ilk hədəf olaraq ərazidəki xarici silahlı qüvvələrin olduğunu diqqətə çatdırmışdı.

Qeyd edək ki, Əfqanıstanda 8400 ABŞ əsgəri xidmət göstərir. NATO çərçivəsində xidmətdə 5000 türk əsgəri də var.

kabulda-partlayis