Kabildakı son bir neçə partlayış ABŞ silahlı qüvvələri tərəfindən öz avadanlıqlarını məhv etmək məqsədi ilə həyata keçirilib.
AzerTimes-ın “TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Taliban nümayəndəsi Zabihullah Mücahid bildirib.
O, şəhər əhalisi üçün heç bir təhlükənin olmadığını nəzərə çatdırıb.
“Kabil hava limanının yaxınlığında partlayış səsləri eşidilib. Bunlar avadanlıqlarını məhv etmək üçün ABŞ ordusu tərəfindən həyata keçirilib. Kabil sakinlərinin narahat olmalarına səbəb yoxdur”, – Zabihullah Mücahid “Twitter” səhifəsində yazıb.
Bununla birgə, ümumilikdə sutka ərzində Kabildə törədilən 6 partlayış nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb, 158 nəfər yaralanıb.
Ölənlərin arasında 12 ABŞ hərbçisinin olduğu bildirib.