Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 100 nəfərə, yaralananların sayı isə 600-də çatıb.
Bu barədə Əfqanıstan Səhiyyə Nazirliyinin məlumatında bildirilir.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Ölənlərin sayının artacağı istisna olunmur.
Qeyd edək ki, ötən gün prezident sarayı və səfirlik binaları yaxınlığında güclü partlayış törədilib. İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.