Almaniya Kabildəki beynəlxalq hava limanının fəaliyyətinə töhfə verməyə hazırdır.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Heyko Maas türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlardan sonra deyib.
Maas öz “Twitter” səhifəsində yazıb: “Kabildəki hava limanının istifadəsi ilə bağlı təklifə görə Türkiyəyə minnətdarıq. Almaniya həm maliyyə, həm də texniki baxımdan əlavə dəstək verməyə hazırdır”.