Kabildə partlayış törədilib – Yaralılar var

Xəbər - Orxan Nəbiyev – Trend:

Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.

Trend-in məlumatın görə, hadisə nəticəsində azı iki nəfər xəsarət alıb.

Qeyd olunur ki, partlayış avtomobilə quraşdırılan minanın işə düşməsi nəticəsində baş verib. Digər təfərrüatlar barədə məlumat verilmir.


Bəzi məlumatlara əsasən, Kabildə ikinci partlayış da qeydə alınıb.