Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.
AzerTimes-ın məlumatına görə, bunu “Taliban” hərəkatının rəsmi nümayəndəsi İnamulla Samanqani deyib.
Onun sözlərinə görə, minik avtomobilinin partlaması nəticəsində 1 nəfər həlak olub, 2 nəfər isə xəsarət alıb.
Bildirilir ki, faktla bağlı araşdırma aparılır, partlayışın səbəbi müəyyənləşdirilir.