Kabildə güclü partlayış törədilib

Əfqanıstanın paytaxtı Kabildə İdgah adlanan məscidi yaxınlığında güclü partlayış baş verib.

Trend TASS -a istinadən xəbər verir ki, bu barədə “Kabul News” telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə Taliban nümayndəsi Zabihullah Mücahidin anasının yas mərasiminin keçirildiyi zaman törədilib.


Nümayəndənin sözlərinə əsasən, hazırda paytaxtda Taliban döyüşçüləri və”İŞİD” teror qruplaşmasının silahlıları arasında atışma gedir.

Partlayış nəticəsində dinc sakinlərin arasında ölənlərin olduğu qeyd edilir, lakin qurbanların sayı barədə məlumat verilməyib.