“Kaan” qırıcısının ikinci sınağı həyata keçirildi

“Kaan” qırıcısının ikinci sınağı həyata keçirildi

Türkiyənin beşinci nəsil qırıcısı “Kaan” ikinci sınaq uçuşunu uğurla həyata keçirib.

AzerTimes xəbər verir ki, bu barədə TGRT telekanalı məlumat yayıb.

Sınaqların texniki təfərrüatı barədə hələ ki, məlumat verilməyib.

“Uçuş hələ rəsmi olaraq təsdiqlənməyib. Fevralın 21-də ilk uçuşdan bəri mühəndislər qırıcının proqram təminatını, uçuş və döyüş xüsusiyyətlərini təkmilləşdirmək üçün yeni sistemləri birləşdirir”, – kanal bildirib.

Qeyd edək ki, fevralın 21-də Türkiyə Hərbi Hava Qüvvələrinin Ankaradakı Mürted aviabazasından havaya qalxan “Kaan” qırıcısı 13 dəqiqə havada qalıb, sürəti saatda 420 km-dən çox, uçuş hündürlüyü isə 2,4 km olub.

Teqlər: