“Kaan” nə vaxt istifadəyə veriləcək?

“Kaan” nə vaxt istifadəyə veriləcək?

Türkiyənin istehsal etdiyi beşinci nəsil hərbi təyyarələrin 2028-ci ildə döyüş növbətçiliyinə təhvil verilməsi planlaşdırılır.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dənizli əyalətinin cənub-qərbində hakim Ədalət və İnkişaf Partiyasının mitinqində deyib.

Onun sözlərinə görə, beşinci nəsil təyyarənin işlənib hazırlanması prosesi Türkiyədə təxminən 15 ildir davam edir və hazırda “Kaan” təyyarəsinin uçuş sınaqlarının başlanmasını nəzərdə tutan kritik mərhələ arxada qalıb.

“Döyüş təyyarəsinin ilk uçuşu uğurla başa çatıb. İlk “Kaan” təyyarələrini 2028-ci ilin sonuna qədər Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verməyi planlaşdırırıq”, – Ərdoğan söyləyib.

Dövlət başçısı Türkiyənin hərbi təyinatlı məhsullarının ixrac həcminin artdığını da vurğulayıb.

Teqlər: