Jurnalistlərin erməni siyasətinin qurbanı olması yalnız təəssüf doğurur – İqor Korotçenko

Öz vəzifə borcunu yerinə yetirən jurnalistlərin erməni siyasətinin qurbanı olmazı yalnız təəssüf doğurur.

Bunu AzerTimes-a rusiyalı hərbi ekspert, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

O bildirib ki, bununla bağlı bütün beynəlxalq jurnalist ittifaqları münasibət bildirməlidir:

“Bu problem Ermənistan-Azərbaycan münasibətləri çərçivəsindən çıxır. Burada artıq hər yerə, o cümlədən Avropa təşkilatlarına, beynəlxalq jurnalist strukturlarına müraciət etmək lazımdır. Bu faciə bir daha vurğulayır ki, Ermənistan Azərbaycana minalanmış sahələrin xəritəsini vermədikcə, partlayış riski hər zaman olacaq. Beynəlxalq təzyiq göstərərək Ermənistanı həmin xəritələri verməyə vadar etmək lazımdır”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: