Xəbər - Elçin Mehdiyev – Trend:
May ayının 6-dan Azərbaycan Mətbuat Şurasında “COVID-19” əleyhinə vaksinasinin birinci dozasının tətbiq edildiyi jurnalistlərə vaksinin ikinci dozasının tətbiqinə başlanılacaq.
Mətbuat Şurasından AzerTimes-a verilən məlumata görə, aprelin 9-da vaksinasiyadan keçmiş media təmsilçiləri üçün ikinci doza may ayının 6-da, aprelin 12-si və 13-ü tarixlərində birinci doza tətbiq edilmiş jurnalistlərə mayın 16-da ikinci doza tətbiq ediləcək.
Aprelin 26-da vaksinin birinci dozası tətbiq edilən jurnalistlərlə bağlı isə əlavə məlumat veriləcək.
Qeyd edək ki, vaksinasiya Mətbuat Şurasının binasında aparılacaq.