Jurnalistlərin iqtisadi müstəqilliklərinin gücləndirilməsi
istiqamətində dəstəyin göstərilməsi üçün bir sıra təkliflər
hazırlanıb.
AzerTimes-ın məlumatına görə,
bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) mətbuat katibi Səidə
Şəfiyeva bildirib.
O qeyd edib ki, agentliyin yaradılmasında əsas məqsədlərdən biri
jurnalistlərin iqtisadi müstəqilliklərini gücləndirməyə dəstəyin
göstərilməsidir.
“Bu istiqamətdə də MEDİA bir sıra təkliflər hazırlayıb və
aidiyyəti üzrə hazırda müzakirələr aparılır”, – deyə o əlavə
edib.