Xəbər - Asif Mehman -Trend:
Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən jurnalistlər üçün
nəzərdə tutulan vəsiqələrin nümunəsi hazırlanıb.
Trend xəbər verir ki, bunu MEDİA-nın şöbə müdiri Natiq Məmmədli
deyib.
“Media subyektləri üçün nəzərdə tutulan şəhadətnamələrin
nümunələri hazırdır. Eyni zamanda, jurnalistlər üçün nəzərdə
tutulan vəsiqələrin nümunəsi də hazırdır”, – deyə N.Məmmədli qeyd
edib.
N.Məmmədli əlavə edib ki, bu sənədlərin ilkin versiyası
hazırlanıb və müvafiq olaraq qurumlarla müzakirə olunmaqdadır.