Jurnalistə qarşı hücumla bağlı cinayət işi açıldı

Jurnalist Aytən Məmmədovanın naməlum şəxs tərəfindən hücuma
məruz qalması ilə bağlı istintaq hərəkətləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr
şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev AzerTimes-a bildirib ki,
A.Məmmədova Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunaraq
dinlənilib. Onun diqqətinə çatdırılıb fakt üzrə bütün zəruri
tədbirlər icra olunur.

Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü
(Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə)
maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi RPİ
İstintaq şöbəsində cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış,
əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

Teqlər: