Jurnalist Zaur Mirzəzadə azad edildi

Jurnalist Zaur Mirzəzadə azad edildi

Jurnalist Zaur Mirzəzadə həbsdən azad edilib.

AzerTimes xəbər verir ki, jurnalist Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə bəraət verilməklə azad olunub.

Qeyd edək ki, ötən il zərərçəkmiş Sultanəli Qurbanovun şikayəti əsasında Zaur Mirzəzadə və daha 4 nəfər barəsində külli miqdarda dələduzluq ittihamı ilə cinayət işi başlanmışdı. 2022-ci ilin may ayında məhkəmə jurnalistə 5 il azadlıqdan məhrumetmə cəzası vermişdi.

Teqlər: